• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Rusiya MN: Ukraynada daha 134 hərbi obyekt vurulub

DÜNYA

05 Aprel 2022 | 12:19 | Müəllif: Subhan Mahmudov

Rusiya MN: Ukraynada daha 134 hərbi obyekt vurulub

Rusiya ötən gecə Ukraynada 134 hərbi obyekti vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Gecə saatlarında Rusiya Hava kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası və raket qoşunları Ukraynanın 134 hərbi obyektini vurub. Onların arasında səkkiz komanda məntəqəsi və rabitə mərkəzi, S-300 zenit-raket kompleksinin işıqlandırılması və yönləndirilməsi üçün bir radar, "Toçka-U" raket kompleksi üçün bir buraxılış qurğusu, altı sursat və iki yanacaq anbarı, həmçinin 85 dayaq məntəqəsi və Ukrayna hərbi texnikasının cəmləşdiyi ərazilər var", - deyə Rusiya MN rəsmisi vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026