• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Bu ölkədə komendant saatı tətbiq edilib

DÜNYA

05 Aprel 2022 | 11:30

Bu ölkədə komendant saatı tətbiq edilib

Peru Prezidenti Pedro Kastilo aprelin 5-dən ölkə paytatxı Limada komendant saat elan edib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, saat 02.00-dan 11.59-dək küçəyə çıxmaq qadağan edilib.

Məlumata görə, bu addımın atılmasına səbəb olaraq yanacaq və gübrənin qiymətinin bahalaşmasına etiraz olaraq keçirilən etiraz aksiyaları göstərilir. Etirazçılar Limaya gələn yolları bağladıqları üçün paytaxtda ərzaq məhsullarının qiyməti bahalaşıb.

Agentlik qeyd edib ki, aksiyalar artıq ikinci həftədir davam edir. Etirazçılarla polis arasında toqquşma baş verib. Hökumət toqquşmalar nəticəsində 4 nəfərin öldüyünü açıqlayıb.

Peru hökuməti gübrənin qiymətinin bahalaşması ilə əlaqədar kənd təsərrüfat sahəsində fövqəladə vəziyyət elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026