• Bakı 15° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

"NATO sovet silah sistemlərinə sərmayə qoyur" - Blinken

DÜNYA

01 Dekabr 2022 | 00:21

NATO sovet silah sistemlərinə sərmayə qoyur - Blinken

"NATO Ukrayna Silahlı Qüvvələrinə kömək məqsədilə sovet silah sistemlərinin istehsalına investisiya qoymaq niyyətindədir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Alyansın Xarici İşlər Nazirlərinin Buxarestdə keçirilən iclasında bildirib.

Blinken bildirib ki, NATO-nun Ukraynaya ayırdığı vəsaitin bir hissəsi Kiyevi sovet dövründən qalma silah sistemləri, eləcə də onlar üçün döyüş sursatı ilə təmin etmək üçün istifadə olunur. Bəzi hallarda, dövlət katibinin fikrincə, bunun üçün "bir müddətdir istehsal olunmayan bir şeyin istehsalı" tələb oluna bilər.

“The New York Times” artıq yazıb ki, NATO ölkələri Ukraynanın artilleriya arsenalını artırmaq üçün Sovet dövründən qalma mərmilərin istehsalına yenidən başlamaq üçün Bolqarıstan, Çexiya və Slovakiyadakı köhnə zavodlara sərmayə qoymağı müzakirə edirlər.

Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksiy Reznikov Kiyevin müttəfiqlərini zirehli texnika, zenit sistemləri və digər silah növlərinin tədarükü ilə bağlı qərarların qəbulu prosesini sürətləndirməyə çağırıb . O, NATO Parlament Assambleyasının Vilnüsdə keçirilən yaz sessiyasında çıxışı zamanı qeyd edib ki, Rusiya Federasiyasının xüsusi əməliyyatı fonunda bu məsələlər tez bir zamanda həll edilməlidir.


SON XƏBƏRLƏR

19 Aprel 2024