• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

ABŞ-la müharibə fəlakət olar - Çinin müdafiə naziri

DÜNYA

06 Iyun 2023 | 17:31

ABŞ-la müharibə fəlakət olar - Çinin müdafiə naziri

Çin rəhbərliyi ABŞ-la artan gərginliklə bağlı açıqlama verib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Sinqapurda keçirilən təhlükəsizlik sammitində çıxış edən Çinin müdafiə naziri Li Şanqfu iki ölkə arasında müharibənin “dözülməz fəlakət” olacağını bildirib.

Li Şanqfu xəbərdarlıq edib ki, Asiya-Sakit okean regionunda NATO-ya bənzər ittifaqlar gərginliyə səbəb ola bilər. O bildirib ki, dünya həm Çin, həm də ABŞ üçün kifayət qədər böyükdür və ölkələr ortaq nöqtələr axtarmalıdır.

Çin müdafiə nazirinin açıqlamaları Tayvan boğazında ABŞ və Çin hərbi gəmiləri arasında yaranan gərginlikdən sonra gəlib. Çinin öz ərazisi kimi qəbul etdiyi Tayvan boğazında ABŞ və Kanada bayraqlı hərbi gəmilər Çin gəmisi ilə qarşılaşıb. Çin iki ölkəni qəsdən təxribatda ittiham edib, ABŞ və Kanada isə beynəlxalq hüququn icazə verdiyi kimi hərəkət etdiklərini bəyan ediblər.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin çinli həmkarını konfransda çıxış etməyə dəvət edib. Lakin Pentaqon Pekinin bu təklifi rədd etdiyini açıqlayıb. Çin nümayəndə heyəti ABŞ-ın 2018-ci ildə Çinin müdafiə naziri Li Şanfuya tətbiq etməyə başladığı embarqonun ləğvinin danışıqların bərpası üçün ilkin şərt olduğunu bildirib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026