• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nazir Qarabağda həyata keçirilən işlərdən DANIŞDI

GÜNDƏM

17 Iyun 2021 | 16:58

Nazir Qarabağda həyata keçirilən işlərdən DANIŞDI

Qarabağımızda mədəniyyətimizin inkişafı ilə bağlı həyata keçirilən işlər uğurla davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov nazirlik tərəfindən keçirilən "Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi"nin qaliblərinin təltifetmə marəsimində deyib.

A.Kərimov Mədəniyyət Nazirliyinin bu proseslərdə xüsusi olaraq iştirakını böyük fəxarətlə qeyd edib.

O vurğulayıb ki, bu gün Azərbaycan həm fiziki, həm də mədəni suverenliyini təmin edib:

"Vətən müharibəsindəki qələbə Azərbaycan dövlətinin güclü siyasi iradəsinin, Azərbaycan xalqının xarakterinin, milli maraqlarımız naminə dünya azərbaycanlılarının həmrəyliyinin, ordumuzun döyüş rəşadətinin, canından əziz tutduğu vətən sevgisinin və Ali Baş Komandanın bu proseslərdə siyasi iradəsinin nəticəsi idi".

"Bildiyiniz kimi, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bu, onun göstəricisidir ki, dövlət başçımız mədəniyyətimizə xüsusi önəm verir. Bir ay öncə Şuşada "Xarıbülbül" festivalı keçirildi. Bu festival mütəmadi olaraq hər il keçiriləcək", - nazir əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026