Xəbər verdiyimiz kimi, Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilib.
Bakıvaxtı.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Anar Kərimov müstəqil Azərbaycanın ən qısa müddətli mədəniyyət naziri kimi tarixdə qalacaq. Belə ki. o, 5 yanvar 2021 - 22 dekabr 2022-ci illər ərzində nazir postunu tutub.
Qeyd edək ki, Azərbaycan müstəqilliyini bərpa edəndən 3 mədəniyyət nazirimiz olub. Belə ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 5 fevral 1991 - 30 yanvar 2006-cı illər ərzində mədəniyyər naziri vəzifəsində şalışıb.
Ondan sonra isə Əbülfəs Qarayev 30 yanvar 2006 - 21 may 2020-ci illərdə mədəniyyət nazirinin kreslosunda əyləşib.
Onu da bildirək ki, Prezident İlham Əliyevin Sərncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilən Adil Qabil oğlu Kərimli mədəniyyət nazirinin birinci müavini təyin olunub. Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası A.Kərimliyə həvalə edilib.
Aytac Aslan
















