• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nazirlik məlumat yaydı - Bu hallarda...

CƏMİYYƏT

10 Oktyabr 2022 | 11:30

Nazirlik məlumat yaydı - Bu hallarda...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 9 ayında işəgötürənlər tərəfindən 1403 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktını aşkar edib.

Bu barədə Bakıvaxtı.az-a Nazirlikdən xəbər verilib.

Bildirilb ki, xidmətin elektron sistem üzərindən həyata keçirdiyi dövlət nəzarəti tədbirləri, habelə ərizə və müraciətlərin araşdırılması zamanı aşkar edilən həmin hüquq pozuntuları daha çox əmək münasibətlərinin rəsmiləşdirilməməsi, əmək müqavilələrinin şərtlərinin yerinə yetirilməməsi, əmək məzuniyyəti, əmək haqqının hesablanması və ya ödənilməsində nöqsanlar və s. ilə bağlı olub.

Belə halların əsasən topdansatış və pərakəndə ticarət, ictimai iaşə, emal və tikinti sektorlarında baş verdiyi müəyyən olunub.

Qeyd olunan hüquq pozuntularının böyük hissəsinin aradan qaldırılması təmin edilib.


Nazirlik məlumat yaydı - Bu hallarda...
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026