“İstənilən mahnı istənilən yerdən gələ bilər. Əsas onu dinləməyi bacarmaqdır”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Nəfəs ATV-də yayımlanan “Rəngarəng səhər” verilişində deyib.
Nəfəs efirlərdə onun tənqid edən həmkarlarına da xəbərdarlıq edib: “Çıxıb efirdən mənim haqqımda danışan müğənnilərə sələnirəm. Mənə oxumağı öyrətməyin! Mən çox gözəl bilirəm ki, nəyi öyrənmişəm, nəyi öyrənməliyəm. Hamısını çox gözəl bilirəm. Mənim haqqımda danışmaq lazım deyil”.
Müğənni ad çəkmədən həmkarları Şəbnəm Tapdıq və Şəbnəm Tovuzlu arasındakı qalmaqala da münasibət bildirərək məhkəməyə müraciət seçiminin olduğunu da qeyd edib: “Kimsə kimisə adına görə məhkəməyə verir. Mən adımın hallandığına görə məhkəməyə verə bilmərəm ki?! Ümid edirəm bundan sonra mənim adımı çəkməzlər. Mənim səsim olmasaydı, bu gün gəlib efirdə oturmazdım, oturardım evimdə".
Ziyafət Əlisoy


jpeg-1702886834.jpeg)













