• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Neft emalı zavodunda tətil: Yanacaq ehtiyatı qadağan edildi

DÜNYA

11 Oktyabr 2022 | 16:29 | Müəllif: Qalib İbrahimoğlu

Neft emalı zavodunda tətil: Yanacaq ehtiyatı qadağan edildi

Fransada neft emalı zavodu işçilərinin tətili ilə əlaqədar qubernatorlara “lazımsız yanacaq ehtiyatları”nın qarşısının alınması tapşırılıb. Bu çərçivədə yanacaqdoldurma məntəqələrindən bidonla yanacaq almaq qadağan ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, Enerji Konversiya Nazirliyi mövzu ilə bağlı mediada yer alan iddiaları təsdiqləyib. Nazirlik artıq Fransanın şimalındakı rayonlarda və paytaxt Parisdə həyata keçirilən bu tədbirin bütün ölkə daxilində tətbiq ediləcəyini açıqlayıb.

Benzin ehtiyatına qoyulan qadağanın nə qədər davam edəcəyi açıqlanmır. Məlumatlara görə, bunun ən azı oktyabrın 17-dək davam edəcəyini ehtimal olunur.

Fransanın cənub-şərqindəki üç regional qubernatorluq isə şüşə qadağasına əlavə olaraq avtomobillərdə maksimum benzin qəbulunu 30 litrlə məhdudlaşdırıb. Ağırlığı 3,5 tondan çox olan avtomobillər üçün bu miqdar 120 litr olaraq müəyyən edilib.

Hökumət yanacaq məhdudiyyətinin bütün ölkəyə yayılmayacağını və həftə ərzində vəziyyətin normallaşacağını bildirsə də, Energetika Nazirliyinin son məlumatlarına görə, bazar ertəsi saat 18.00-a yanacaqdoldurma məntəqələrinin 29,4 faizi boş olub. Parisin də daxil olduğu Île-de-France bölgəsində bu nisbətin 33,9 faizdən 44,9 faizə yüksəldiyi açıqlanıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026