• Bakı 11° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Neftimiz ucuzlaşdı

İQTİSADİYYAT

22 Yanvar 2022 | 09:59 | Müəllif: Subhan Mahmudov

Neftimiz ucuzlaşdı

Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,48 ABŞ dolları, yaxud 1,59 % azalaraq 91,41 ABŞ dollarına çatıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR