• Bakı 23° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Nənəsinin pullarını oğurlayaraq sinif yoldaşlarına payladı

DÜNYA

24 Oktyabr 2022 | 18:15 | Müəllif: Subhan Mahmudov

Nənəsinin pullarını oğurlayaraq sinif yoldaşlarına payladı

Florida ştatının Sammerfild şəhərində məktəbli qız nənəsinin seyfini sındıraraq oradan on min dollardan çox pul oğurlayıb və sinif yoldaşlarına paylayıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə Associated Press məlumat yayıb.

Polis, 14 yaşlı qızın sinif yoldaşlarına bir neçə yüz dollar verməsi xəbərini aldıqdan sonra məktəbə gəlib. Təhsil müəssisəsinin rəhbərliyi şagirdin bel çantasına baxış keçirib və 2,5 min dollara yaxın pul tapıb.

Qız məktəbin keçmiş şagirdindən pul aldığını bildirib. Müstəntiqlərin fikrincə, o, əslində onları nənəsinin əmanətlərinin saxlandığı seyfdən götürüb. Şagirdin pulu götürərək sinif yoldaşlarına verməsinin səbəbi açıqlanmayıb.(mili.az)

Ümumilikdə seyfdən 13,5 min dollar yoxa çıxıb. Polis sinif yoldaşlarına verilən pulun yalnız 700 dollarını tapa bilib. Bu pullar nəvənin bel çantasından tapılanlarla birlikdə nənəyə qaytarılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026