• Bakı 31° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Nərgiz Absalamovanın həbs müddəti uzadılıb 

CƏMİYYƏT

25 May 2024 | 16:11

Nərgiz Absalamovanın həbs müddəti uzadılıb 

Nərgiz Absalamova barəsində olan həbs qətimkan tədbiri daha 22 gün uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, qərar Xətai Rayon Məhkəməsində hakim Aynur Abdullayevanın sədrliyi ilə keçirilən iclasda elan olunub.

Qeyd edək ki, ötən ilin dekabr ayının 1-də onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha öncə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.


SON XƏBƏRLƏR

16 Iyun 2024