“Mən dünyaya belə gəlmişəm. İki yaşımdan rəqs edirəm, oxuyuram”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Nərmin Kərimbəyova “Tarixin bir günü” verilişində deyib.
İfaçı özünə rəqib görmədiyini bildirib:
“Mən rəqib axtaran adam deyiləm. Açığı desək, mənim janrımda mənə bənzəyən biri də yoxdur. Əgər olsa idi, rəqibdən, rəqabətdən danışmaq olardı. Amma hazırda mən özümə rəqib görmürəm”.
Ziyafət Əlisoy
















