• Bakı 24° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

NFT-lər sənət əsərləri sayılmayacaq

DÜNYA

14 Fevral 2023 | 14:09

NFT-lər sənət əsərləri sayılmayacaq

Kriptovalyuta dünyasındakı son çöküş NFT bazarını özü ilə birlikdə çökdürsə də, bir çox investor və şirkət bu sahəyə sərmayə qoymağa, işlər görməyə davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu sahədə tədqiqatların sayı və növü artdıqca sərhədləri daha da aydınlaşır. Bunun son nümunəsi bu həftə ABŞ-da baş verib. Bir müddətdir davam edən əhəmiyyətli bir NFT davası bu həftə yekunlaşsa da, bazar üçün presedent yaradacaq mühüm bir qərar verilib.

Sözügedən iddiada rəqəmsal sənətçi Mason Rothschild ilə Hermes şirkəti üz-üzə gəlib. 28 yaşlı Rotşild dəbdəbəli çanta markası Hermes-in məhsullarından ilhamlanaraq MetaBirkins adlı NFT kolleksiyası hazırlayıb satışa çıxarıb və ondan xeyli gəlir əldə edib.

Bunun üzərinə Hermes hərəkətə keçib və Rotşildın müəllif hüquqlarını açıq şəkildə pozduğunu iddia edib. Rotşild isə onun kolleksiyasındakı sənət əsərinın orijinal olduğunu müdafiə edirdi. Məhkəmə hər iki tərəf müdafiələrini təqdim etdikdən sonra münsiflər heyəti qərara gəlib. Kriptovalyuta dünyası üçün presedent yaradacaq kritik qərar Hermes-in xeyrinə olub. Belə ki, məhkəmə NFT-lərin sənət sayıla bilməyəcəyinə qərar verib.

Bu qərara gəlmək üçün Rogers testi kimi tanınan üsuldan istifadə edilib. 1989-cu ildən həyata keçirilən bu test, bir məhsulun sənət əsəri sayılmaq üçün lazımi kriteriyalara cavab verib-vermədiyini müəyyən etmək üçün nəzərdə tutulub. Rotşild kolleksiyasının bu testin meyarlarına cavab vermədiyi müəyyən edilib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR