Nigeriyanın şimal-şərqindəki Maidquri şəhərində bir milyon insanın şiddətli daşqınlardan zərər çəkdiyi bildirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Borno əyalətinin qubernatoru Babaqana Zulum yerlu KİV-ə məlumat verib.
O, təbii fəlakətdən sonra hökumətin apardığı ilkin qiymətləndirməyə görə, bir milyon insanın zərər çəkdiyini bildirib.
Daşqından didərgin düşənləri ziyarət edən Zulum qeyd edib:
"Sel şəhərin üçdə birini əhatə edib, bir milyondan çox insan zərər çəkib".
Əli Hüseynov