• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu Komissiyanın adı dəyişdirildi

CƏMİYYƏT

06 Oktyabr 2022 | 09:57

Bu Komissiyanın adı dəyişdirildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi Komissiyasının adı dəyişib.

Bakıvaxtı.az  xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi Komissiyası haqqında” qərara etdiyi dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, komissiya bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası adlandırılacaq.

Eyni zamanda qərarla Komissiyanın tərkibi yeni redaksiyada təsdiq edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyasının tərkibi aşağıdakı kimidir:

Komissiyanın sədri

Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının rəhbəri.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026