• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanda bu qoruqda uşaq skeletləri tapıldı

CƏMİYYƏT

05 Noyabr 2022 | 09:21

Azərbaycanda bu qoruqda uşaq skeletləri tapıldı

Şəkidə tarixi abidədə aparılan bərpa-quruculuq işləri zamanı körpə uşaq skeletləri aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, dünən Şəki şəhər Yuxarıbaş Milli Tarix Memarlıq Qoruğu ərazisində yerləşən və hazırda şəbəkə sexi kimi fəaliyyət göstərən tarixi tikilidə təmir-bərpa işləri aparılarkən skeletlər üzə çıxıb.

Belə ki, Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən işlər zamanı tarixi binanın içindəki beton döşəmə təmir edilərkən 80 sm – 120 sm dərinlikdə skeletlər aşkar edilib. İlkin baxış zamanı skeletlərin körpə uşaqlara aid olması və uzun illər əvvəl oraya qoyulması müəyyən edilib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR