• Bakı 24° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Nümunəvi ictimai çimərliklərdən FOTOLAR

CƏMİYYƏT

14 Iyun 2023 | 11:24

Nümunəvi ictimai çimərliklərdən FOTOLAR

Nümunəvi ictimai çimərliklər ziyarətçilərin istifadəsinə verilib.

Bakıvaxtı.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri tamamlanıb və ziyarətçilərin istifadəsinə hazır vəziyyətə gətirilib.

Sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinaları, sanitar qovşaqlar, söhbətgahlar, oturacaqlar və şezlonqlar, zibil konteynerləri yerləşdirilib, futbol və voleybol meydançaları yenilənib və istifadə üçün hazır vəziyyətə gətirilib. Yaradılan bütün imkanlar ödənişsiz istifadə üçün nəzərdə tutulub.

Bu il həmçinin Sahil çimərliyində əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi məqsədi ilə lazımi şərait yaradılıb. Belə ki, sözügedən çimərlikdə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib, çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb. Qeyd edək ki, bu infrastruktur ölkədə ilk dəfə olaraq Şıx çimərliyində yaradılmışdır və gələcək illərdə digər ictimai çimərliklərdə də yaradılması nəzərdə tutulur. Nümunəvi ictimai çimərliklərin sayının artırılması cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib.

IDEA İctimai Birliyi hamıya xoş yay istirahətləri arzulayır, hər kəsi təbiətin bəxş etdiyi gözəlliklərdən və yaradılan şəraitdən hər zaman zövq ala bilmək üçün sahillərin təmizliyinə diqqət etməyə, ətraf mühitin təmizliyinə riayət etməyə çağırır.


Nümunəvi ictimai çimərliklərdən FOTOLARNümunəvi ictimai çimərliklərdən FOTOLARNümunəvi ictimai çimərliklərdən FOTOLARNümunəvi ictimai çimərliklərdən FOTOLARNümunəvi ictimai çimərliklərdən FOTOLARNümunəvi ictimai çimərliklərdən FOTOLARNümunəvi ictimai çimərliklərdən FOTOLARNümunəvi ictimai çimərliklərdən FOTOLARNümunəvi ictimai çimərliklərdən FOTOLARNümunəvi ictimai çimərliklərdən FOTOLARNümunəvi ictimai çimərliklərdən FOTOLARNümunəvi ictimai çimərliklərdən FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026