“Dünyada müalicə turizmi sahəsində dövriyyənin həcmi milyard dollarla hesablanır. Amma biz müalicə turizmi ilə bağlı imkanlarımızı bə brendərimizi dünyaya tanıda bilmirik”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasda deputat Fazil Mustafa bildirib.
O qeyd edib ki, müalicəvi xassəsinə görə dünyada yeganə olan Naftalan neftini dünyaya Azərbaycan brendi kimi təqdim edilməlidir: “Ölkəmizdə müalicə-sağlamlıq turizmi üçün imkanlar çoxdur. Öz brendlərimizi öz adımızla dünyaya çıxartmalıyıq. Bu işlər ölkəmizi dünyaya tanıtmaqla yanaşı turizmə müsbət təsir edəcək”.
Ramid İbrahimov