• Bakı 24° C

    5.8 m/s

Magistraturaya ixtisaslaşma seçimi başa çatdı

CƏMİYYƏT

14 Iyul 2023 | 10:34

Magistraturaya ixtisaslaşma seçimi başa çatdı

2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi başa çatıb.

Bakıvaxtı.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, ümumilikdə 17359 ərizə təsdiq edilib (Azərbaycan bölməsi üzrə 16024, rus bölməsi üzrə 1335).

Qeyd edək ki, magistraturaya ixtisaslaşma seçimi iyulun 6-dan başlayıb. İxtisaslaşma seçiminə magistraturaya 19 fevral və 11 iyun 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılıblar.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026