• Bakı 28° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

"Nvidia" çip istehsalçısı rekord gəlir əldə edib

DÜNYA

23 May 2024 | 16:01

Nvidia çip istehsalçısı rekord gəlir əldə edib

Kaliforniyada yerləşən çip istehsalçısı "Nvidia"nın gəliri son üç aylıq dövrdə 26 milyard dollarla bazar gözləntilərini üstələyərək rekord səviyyəyə çatıb.

Bakıvaxtı.az "NTV"yə istinadən bildirir ki, bununla bağlı şirkət 3 aylıq dövr üzrə maliyyə nəticələrini açıqlayıb.

Şirkətin sözügedən dövrdə gəliri 262 faiz artaraq 26 milyard dollara çatıb.

Nvidia"nın təsisçisi və baş icraçı direktoru Jensen Huanqın sözlərinə görə, süni intellektə artan tələbat şirkətlərin xərc və enerji baxımından daha səmərəli olmasına kömək edir. Eyni zamanda gəlir imkanlarını artırır. 

Qeyd edək ki, çip istehsalçısı cari rüb üçün gəlir gözləntisini 28 milyard dollar olaraq açıqlayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

15 Iyun 2024