• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

ABŞ ölkədəki Rusiya viza mərkəzlərini bağlayır

DÜNYA

22 Iyun 2024 | 15:57 | Müəllif: Gülşən Şərif

ABŞ ölkədəki Rusiya viza mərkəzlərini bağlayır

ABŞ Vaşinqton və Nyu-Yorkdakı Rusiya viza mərkəzlərini bağlamaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov açıqlama verib.

Səfirin sözlərinə görə, Rusiyanın diplomatik nümayəndəliklərinin vəziyyəti getdikcə pisləşir.

O əlavə edib ki, Hyuston və Nyu-Yorkdakı baş konsulluqlar işçi qüvvəsindən məhrum edilib, bununla belə, artan iş yükünə baxmayaraq konsulluq xidmətləri davam etdiriləcək.

Həmçinin ABŞ Rusiya diplomatlarını vergi imtiyazlarından məhrum edir.

"Onlar bizdən vergidən azad olma barədə kartımızı alıblar. Bu kartlar diplomatların hər hansı bir ölkədə yaşamasına və yerli büdcəyə vergi ödəməməsinə imkan verən imtiyazları nəzərdə tutur", - deyə səfir bildirib.

Bundan əvvəl məlum olmuşdu ki, ABŞ Rusiyadan olan müraciətçilərin demək olar ki, yarısına B1/B2 kateqoriyalı viza verməkdən imtina edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026