“Observatoriya yuxarı sinif şagirdləri arasında peşə seçimi ilə bağlı sorğu keçirildiyi, şagirdlərin təhsil perspektivləri, peşə və ixtisas seçiminə təsir edən faktorlar, məqsədyönlü ixtisas seçimini təşviq edən amillər kimi vacib məsələlərin öyrənildiyi diqqətə çatdırılıb”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli qurumun 4 illik fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, sosial islahatlar, bacarıqların proqnozlaşdırılması, peşə təhsili və s.ilə bağlı aparılan təhlillərdən bəhs olunub. İqtisadiyyatın rəqabətə davamlı kadrlarla təmin edilməsi üçün peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə dair tələblərin, strateji məşğulluq sahələrinin müəyyən olunması sahəsində sorğu və təhlillər aparılıb: “Bu sorğu və təhlillərin nəticələrinə uyğun olaraq müvafiq sahələr üzrə təkliflərin, proqnozların hazırlandığı qeyd olunub”.
Ramid İbrahimov





jpg-1691133938.webp)





jpg-1691044646.webp)

jpg-1691131795.webp)


