• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ödəmə terminalını sındırıb pul oğurlayan şəxs tutuldu

HADİSƏ

28 Oktyabr 2022 | 10:11

Ödəmə terminalını sındırıb pul oğurlayan şəxs tutuldu

Oğurluğa görə axtarışda olan şəxs tutulub.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi və Gəncə ŞBPİ-nin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olan Vüqar Tapdıqzadə saxlanılıb.

Araşdırmalarla onun Bakıxanov qəsəbəsi ərazisində yerləşən ödəmə terminallarının birindən sındırmaq yolu ilə 3644 manat pul və bir evdən 1350 manat dəyərində 2 ədəd velosiped, təmir-tikinti alətləri və elektrik naqili oğurlaması da müəyyən olunub.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026