• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Qaradağda yanğın - 4 nəfər tüstüdən zəhərlənib

HADİSƏ

27 Noyabr 2022 | 08:57 | Müəllif: Subhan Mahmudov

Qaradağda yanğın - 4 nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzildə 1 ədəd kreslo, 1 ədəd ütü və lambirdən ibarət tavan 5 m² sahədə yanıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə xəstəxanaya aparılıb, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

“Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - məlumatda vurğulanıb


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR