• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Ödəniş edilmədən parklanma yerini tərk edənlərin nəzərinə!

CƏMİYYƏT

21 Iyun 2024 | 13:40

Ödəniş edilmədən parklanma yerini tərk edənlərin nəzərinə!

Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmaya görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, habelə həmin xidmətlə bağlı ödənişin tələb edilməsi İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


SON XƏBƏRLƏR