“Ata İttifaqı”ndan prezidentliyə namizəd Sinan Oğan ikinci turda Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayandan sonra təhqir olunmağa başlayıb.
Siyasi şərhçi Akşin Kərimov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Sinan Oğanın təhqir olunması kampaniyası “demokrat”ların avtoritarlığını göstərir.
Onun sözlərinə görə, sanki Oğan bunların qarşısında öhdəlik götürüb və onu icra etməyib: “Əkrəm İmamoğlu belə Sinan Oğanın qərarını, yəni onun Rəcəb Tayyib Ərdoğanın tərəfini tutmasını normal qarşılayıb, seçim kimi hörmət etdiyini deyib. Ancaq bəlli bir şəbəkə söyüş, təhqir propaqandasını işə salıb, başqa vaxt demokratik dəyərlərdən danışanların bunu etməsi isə biabırçılıqdır”.
Siyasi şərhçi deyib ki, Oğan Ərdoğanı dəstəkləmək məcburiyyətində idi, çünki siyasi karyerada irəliləmək və öz ideallarını ayaq altına atmamaq şərt kimi Oğanın təsəvvüründə canlanır.
“O, Kamal Kılıçdaroğlunu dəstəkləyə bilməzdi, dəstəkləsəydi, siyasi nüfuzu zədələnəcəkdi və buna görə də perspektivi sual altına düşəcəkdi”, - deyə Aqşin Kərimov qeyd edib.
Cavad
















