• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Oksana gildiyaya üzv seçildi - FOTO

MƏDƏNİYYƏT

29 Aprel 2023 | 13:24

Oksana gildiyaya üzv seçildi - FOTO

Azərbaycan Prodüserlər Gildiyasının İdarə Heyətinin üzvləri müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, üzvlər arasında rəqqasə-aktrisa Oksana Rəsulova da yer alıb. Bu haqda o, özü məlumat yayıb. Oksana bildirib ki, ötən gün iclas keçirilib. İclas zamanı gildiyaya sədr və üzvlər təyin edilib ki, onlardan biri də sənətçi özü olub. 

Qeyd edək ki, Azərbaycan Prodüserlər Gildiyası 2012-ci ildə 15 dövlət və qeyri-dövlət təşkilatı tərəfindən təsis edilib və ilk sədri Müşfiq Hətəmov olub. Gildiyanın əsas məqsədləri milli kinematoqrafın inkişafına dəstək, onun müasir texnika ilə təmin edilməsi, bu sahədə mütəxəssislərin hazırlanması, televiziya, yayım, kinoteatr, internet şəbəkələri ilə əməkdaşlığın qurulması, milli filmlərin xaricdə nümayişi və satışının təmin edilməsi, ekran əsərlərinin festivallarda iştirakına dəstək, müəlliflik və mülkiyyət hüquqlarının təmin edilməsindən ibarətdir.


Oksana gildiyaya üzv seçildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026