• Bakı 30° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.754

    RUB - 0.0279

Öküz döyüşündə stadionun tribunası uçdu: Ölənlər və yüzlərlə yaralanan var - VİDEO

DÜNYA

27 Iyun 2022 | 00:57

Öküz döyüşündə stadionun tribunası uçdu: Ölənlər və yüzlərlə yaralanan var - VİDEO

Kolumbiyanın El-Espinal şəhərində öküz döyüşü zamanı stadionun tribunalarından biri uçub.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, hadisə zamanı azı 4 nəfər ölüb, 500 nəfər xəsarət alıb. Lakin qeyd edilir ki, bu, yalnız ilkin məlumatdır, zərərçəkənlərin sayı xeyli arta bilər.

Sosial şəbəkələrdə hadisənin videosu yayılıb (report.az). Kadrlardan görünür ki, tribuna azarkeşlərin ağırlığına tab gətirə bilməyib və bundan sonra öküzlərin qaçdığı döyüş meydanına çöküb.

Bundan əlavə, tribunanın düşməsi zamanı meydançada qəzəbli öküzlər olub. Buna görə də zərərçəkənləri onlardan da xilas etmək lazım gəlib. Yaralılar xəstəxanalara çatdırılıb.


SON XƏBƏRLƏR

12 Avqust 2022