• Bakı C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Ölkə ikincisi dünya ikincisinin tələbəsi oldu

CƏMİYYƏT

12 Aprel 2026 | 23:47

Ölkə ikincisi dünya ikincisinin tələbəsi oldu

Bakı Ali Neft Məktəbinin V kurs tələbəsi Röya Qasımova dünya reytinqinin ikincisi olan London İmperial Kollecinin Maliyyə və mühasibat ixtisası üzrə magistratura pilləsinə qəbul alıb.

Bakıvaxtı.az “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir ki, Röya 2021-ci ildə 683.2 bal toplayaraq II qrup üzrə ölkə ikincisi seçilərək Prezident təqaüdünə layiq görülüb.

2024-cü ildə mübadilə ilə Almaniyada Schmalkalden Tətbiqi Elmlər Universitetində 1 semestr təhsil alıb.

2024-cü ilin dekabr sessiyasında “Financial Reporting” imtahanında 95% nəticə göstərərək ölkə üzrə ən yüksək balı toplayıb və “National Prizewinner” adına layiq görülüb.


SON XƏBƏRLƏR

12 Aprel 2026