• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ombudsmana daha çox hansı məzmunda şikayətlər edilir?

CƏMİYYƏT

26 Iyul 2022 | 10:36 | Müəllif: Qalib İbrahimoğlu

Ombudsmana daha çox hansı məzmunda şikayətlər edilir?

"Ötən il insan hüquqlarının pozulması halları ilə bağlı Ombudsman Aparatına 1532 müraciət daxil olub".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib.

Onun sözlərinə görə, şikayətlər nəzarətə götürülüb və onlardan 582-si üzrə aidiyyəti qurumlara müraciət edilib.

S.Əliyeva qeyd edib ki, icraya qəbul edilən müraciətlərin 26 faizinin icrası təmin edilib.

"Şikayətlərin məzmunu daha çox əmək haqlarının ödənilməsi yaxud gecikdirilməsi, istehsalat qəzalarına verilən müavinətlərin gecikməsi, hamiləliyə görə, əmək müqaviləsi olmadan işdən çıxarmalar və vətəndaşın pensiya yaşına az qalmış onun işdən azad edilməsi ilə bağlıdır",- deyə Ombudsman əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR