• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Oturaq iş rejimi bu xəstəliklərə yol açır

CƏMİYYƏT

25 Avqust 2022 | 10:11 | Müəllif: Qalib İbrahimoğlu

Oturaq iş rejimi bu xəstəliklərə yol açır

Əksəriyyət daha çox oturaq işə önəm verir. Amma çox vaxt bunun insan orqanizminə hansı mənfi təsirləri göstərdiyinin fərqində olmuruq.  Sonda isə saysız-hesabsız problemlər yaranır, sağlamlığımız əldən gedir.

Bakıvaxtı.az-ın məlumatına görə, Kliniki Tibbi Mərkəzin həkim-terapevti Nuranə Əliyeva bildirb ki, oturaq iş rejiminin insan orqanizminə vurduğu fəsadlara toxunanda ilk növbədə metobolik sindromdan danışmaq lazımdır. Onun sözlərinə görə, oturaq iş rejimi həmçinin şəkərli diabet, yüksək təzyiq kimi sağlamlıq problemlərinə gətirib çıxarır.

"Daimi olaraq oturaq iş rejimində çalışan insanların onurğa sütunu əyriliyi (skolioz) və xalq arasında boyun kirəclənməsi (duzlaşması) kimi tanınan osteoxondroz xəstəlikləri baş verir. Həmçinin, belə iş rejimində çalışan insanların mədə bağırsaq sistemində müxtəlif problemlər yaranır. Bu şəxslərdə qəbzlik, babasil (hemorroid) kimi xəstəliklərə rast gəlinir. Həmin insanlarda xroniki yorğunluq, depressiyaya meyllilik digərləri ilə müqayisədə daha çox müşahidə olunur".

Həkimin dediyinə görə, sadalanan problemlərin qarşısını almaq üçün ilk növbədə iş şəraitini dəyişmək mümkündürsə, dəyişdirilsin: "Lakin əksər hallarda bu qeyri-mümkün olur. Ona görə də yaxşı olar ki, iş saatlarında hər saatbaşı 5-10 dəqiqəlik fasilə verilsin. Fasilə müddətində göz əzələlərini də məşq etdirmək lazımdır. İmkan daxilində yüngül idman hərəkətləri edin".

N.Əliyeva deyir ki, ən yaxşı üsullardan biri də gündəlik, müntəzəm olaraq idmanla məşğul olmaqdır: "Çalışın ən azı 1 və ya 1.5 saat açıq havada gəzin. Bu baxımdan həm də qida rasionuna diqqət etməlisiniz. Gün ərzində hərəkət aktivliyi az olan insanlar mümkün qədər az və sağlam qidalanmalıdır”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026