• Bakı 22° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

"Omikrion"a qarşı vaksin gecikir

DÜNYA

30 Mart 2022 | 08:48 | Müəllif: Qalib İbrahimoğlu

"Omikrion"a qarşı vaksin gecikir

Avropada Omikron ştamına qarşı vaksin payıza hazır olacaq.

Bakıvaxtı.az-ın xəbərinə görə, bunu Almaniyanın səhiyyə naziri Karl Loterbax Brüsseldə səhiyyə nazirlərinin iclasında bildirib.

Nazir əlavə edib ki, yeni vaksinin hazırlanması gecikir: “Məndə olan məlumata görə, koronavirusun yeni variantlarına qarşı vaksinlər payızdan tez hazır olmayacaq”, - deyə nazir bildirib (apa).

Qeyd edək ki, fevral ayında “Biontech” və “Modena” şirkətləri may ayında yeni vaksinin sınaqlarına başlayacağını bildirmişdi. İndi isə hər 2 şirkət sınağa yayda başlayacağını iddia edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR