“Kollec rəhbərlərinin əmək müqaviləsi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində imzalanacaq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu agentliyin direktoru Ülkər Səttarova “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, hazırda bütün kolleclərin rəhbər vəzifələri doludur:
“Sadəcə bundan sonra kollec rəhbərlərinin əmək müqaviləsi bizim agentliklə imzalanacaq. Bu istiqamətdə hüquqşünas və mütəxəssislərimiz iş görür”.