• Bakı 24° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Oqtay Rəcəbovun ölüm səbəbi  

CƏMİYYƏT

16 Dekabr 2022 | 12:13

Oqtay Rəcəbovun ölüm səbəbi

Dünən vəfat edən bəstəkar Oqtay Rəcəbovun COVID-19 üzrə test nəticələri pozitiv çıxıbmış.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Qurumun mətbuat katibi Zamirə Adilova bildirib ki, bununla bağlı onun ailə üzvləri tərəfindən 14 dekabr tarixində adiyyəti üzrə müraciət olunub: “Poliklinika tərəfindən test nümunələri götürülüb və onların nəticəsi pozitiv çıxıb. Bununla əlaqədar olaraq 15 dekabr tarixində ailə tərəfindən Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasına 14:02 saatında müraciət daxil olub. Müraciət anındaca tibbi briqada ünvana gedib və onlar ünvana çatdıqda həkiməqədər ölüm faktı qeydə alınıb".

Zamirə Adilova qeyd edib ki, ailə daha əvvəl də COVID-19 infeksiyasına yoluxub və bu xəstəlikdən sağalıb. 

Bəstəkarın gəlini Aysel isə Axşam.az-a açıqlamasında bildirib ki, bəstəkarın xanımı və 3 qızı da hazırda evdə karantindədir.

Qeyd edək ki, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbov ötən gün 81 yaşında vəfat edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR