• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ordumuz "düşmən hədəflərini" məhv etdi - VİDEO

CƏMİYYƏT

28 Fevral 2023 | 11:47

Ordumuz "düşmən hədəflərini" məhv etdi - VİDEO

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq qumbaraatan və snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, atışdan əvvəl şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri məşq ediblər.

Daha sonra müxtəlif kateqoriyalı hərbi qulluqçular təlim sahələrində şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Çalışmaların keçirilməsində başlıca məqsəd heyətlərin praktiki vərdişlərini və atəş açma bacarıqlarını təkmilləşdirməklə bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026