• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hərbi pilotlarımız təlim-məşq uçuşları keçirir - VİDEO

CƏMİYYƏT

30 Mart 2023 | 11:29 | Müəllif: Qalib İbrahimoğlu

Hərbi pilotlarımız təlim-məşq uçuşları keçirir - VİDEO

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri 2023-cü ilin hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarını icra edir.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, uçuşlardan öncə hərbi pilotlar ən müasir trenajorlarda uçuş vərdişlərini məşq etdirir, eləcə də heyətə təhlükəsizlik qaydaları çatdırılır, daha sonra praktiki uçuşlar həyata keçirilir.

Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.

Qalxma və enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək peşəkarlıqla icra olunur.


Hərbi pilotlarımız təlim-məşq uçuşları keçirir - VİDEOHərbi pilotlarımız təlim-məşq uçuşları keçirir - VİDEOHərbi pilotlarımız təlim-məşq uçuşları keçirir - VİDEOHərbi pilotlarımız təlim-məşq uçuşları keçirir - VİDEOHərbi pilotlarımız təlim-məşq uçuşları keçirir - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026