• Bakı 25° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bakı bu gün dumanlıdır

CƏMİYYƏT

29 Aprel 2023 | 11:00

Bakı bu gün dumanlıdır

Bakıda dumanlı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, bu gün səhər saatlarında sinoptik şərait dumanın yaranması üçün əlverişli olmuşdu. Hava kütlələrinin zəif və mülayim cənub-şərq axınları rütubətliyin yüksəlməsi, eyni zamanda yaranmış inversiya qatı dumanın yaranmasına səbəb olub.

Belə ki, yerə yaxın təbəqədə temperaturun atmosferin yuxarı təbəqələrinə nisbətən aşağı enməsi, inversiya qatını əmələ gətirib.

Naftalan, Ağdam, Şamaxı, Şabran, Tərtər, Yevlax, Beyləqan, Göyçay, Şəmkir, Biləsuvar, Astara, Neftçala, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunub, dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026