Bu il Ramazan ayında orta hesabla 14 saat oruc tutulacaq. Bədən uzun müddət mayesiz qalacağı üçün ən vacib məsələ iftardan sonra istehlak edilə biləcək qədər su içməkdir. 24 saat ərzində içilməsi lazım olan su miqdarını tamamlamaq aclıqla azalan maddələr mübadiləsi sürətini də artıracaq. Bu sayədə maddələr mübadiləsi həm aclıqla mübarizə apara, həm də temperatur və rütubətin artmasına bağlı olaraq bədən istiliyini tarazlaşdıra biləcək.
Bakıvaxtı.az xəbər verir ki, uzun müddət ac qalacağınıza görə ürəkbulanma, başgicəllənmə kimi sağlamlıq problemləri yarana bilər. Bu problemlərin əsası maye və mineral itkisidir. Gün ərzində həddindən artıq acsınızsa, quru lobya, mərcimək, bulqur, noxud kimi qidaları qəbul edərək mədənin boşalma müddətini uzada bilərsiniz. Ağır yeməklərdən və xəmirlərdən uzaq durmağınız məsləhətdir.
Həddindən artıq yeməyi çox tez istehlak etmək bu prosesdə edilən səhvlərdən biridir. Sahur üçün tövsiyə edilən ən yaxşı qidalar süd, yumurta, pendir, qatıq, dənli çörəklər, şorba, zeytun yağlı yeməklər və salatlardır. İftarda yüngül məhsullar ilə başlayıb 10-15 dəqiqə sonra az yağlı ət yeməkləri və ya tərəvəz yeməkləri ilə davam edə bilərsiniz. Bu prosesdə enerji verən və qan şəkərini sürətlə artıran qidaların istehlak edilməsi tövsiyə edilir.
İftarda çox susuz olmasanız belə, mütləq tez-tez içməli su əlavə etməlisiniz. Su ilə yanaşı tərkibində kofein olan içkilər yerinə süd, ayran, adi soda, təzə sıxılmış meyvə-tərəvəz şirələri, cökə, itburnu kimi bitki çayları da istifadə edə bilərsiniz. İftardan sonra ağır şərbətli desertlər yerinə daha yüngül, südlü desertlərə üstünlük verməlisiniz.
Süd zülal və kalsiumla zəngin olduğu üçün sahurda istehlak edilməsi ən çox tövsiyə edilən qidalardan biridir. Tam yağlı südə üstünlük verirsinizsə, o, uzun müddət mədədə qalacaq. Gün ərzində sizi susuzlaşdırmayacaq.
Keyfiyyətli zülal tərkibinə malik yumurta ən doyurucu qidaların başında ilk sıradadır. Qaynadılmış şəkildə istehlak edilməsi tövsiyə edilsə də, omlet də edə bilərsiniz. Onu sahurda istehlak etmək sizi gün boyu tox tutacaq.
Qatıq zülal və kalsiumla zəngin olduğu üçün sahurda istehlak edilməsi tövsiyə olunan qidalardan biridir. Yulaf və meyvələri qarışdıraraq səhər yeməyi şəklində də hazırlaya bilərsiniz, bu da maye istehlakınızı artıra bilər.
Ay Tac










jpg-1679290229jpg-1681707720jpg-1682053841jpg-1682140369.webp)





