• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ostin ikinci dəfə İsrail müdafiə nazirinə zəng etdi

DÜNYA

14 Aprel 2024 | 13:02 | Müəllif: Subhan Mahmudov

Ostin ikinci dəfə İsrail müdafiə nazirinə zəng etdi

Pentaqon rəhbəri Lloyd Ostinlə İsrailin müdafiə naziri Yoav Qallant arasında gün ərzində ikinci telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pentaqondan məlumat verilib.

“Müdafiə naziri Lloyd Ostin bu gün ikinci dəfə İsrailin müdafiə naziri Yoav Qallantla danışıb və İranın misli görünməmiş hücumu fonunda ABŞ-ın İsrailin müdafiəsinə sarsılmaz dəstəyini təsdiqləyib”, - məlumatda qeyd olunub.

Məlumata görə, nazirlər İranın hücumunu dəf etmək üçün görülən mühüm müdafiə tədbirləri və güclü əməkdaşlığı müzakirə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026