• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Rusiyada qatara PUA hücumu - vaqonlar relsdən çıxıb - VİDEO

DÜNYA

14 May 2024 | 10:09

Rusiyada qatara PUA hücumu - vaqonlar relsdən çıxıb - VİDEO

Rusiyanın Volqoqrad vilayətində yük qatarı relsdən çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

    Məlumata əsasən, qatarın relsdən çıxmasına səbəb pilotsuz uçuş aparatının (PUA) hücumu olub. Nəticədə yanacaqla dolu iki sistern alışıb, sonra biri partlayıb. Yanacağın dağılması nəticəsində yanğın baş verib.

    Ümumilikdə doqquz vaqonun relsdən çıxdığı vurğulanıb. Hazırda hadisə yerində yanğınsöndürənlər fəaliyyət göstərir.

    Zərərçəkənlərin olmadığı qeyd edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Noyabr 2026