• Bakı 9° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Ötən gün nə qədər vaksin vurulub?

CƏMİYYƏT

03 Mart 2023 | 16:39 | Müəllif: Qalib İbrahimoğlu

Ötən gün nə qədər vaksin vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 248 vaksin vurulub.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 75, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 113, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 15 nəfərdir.

    Vurulan vaksinlərin ümumi sayı 13 949 821, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 441, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 192, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 400 520, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 668 nəfər təşkil edir.


    Ötən gün nə qədər vaksin vurulub?
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR