“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2021-ci ilin yanvarın 11-də Moskvada qəbul etdikləri ortaq bəyanatın qəbulundan 1 il keçdi”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, həmin gün Moskvada heç bir siyasi sənəd imazalanmadı, sadəcə ortaq bəyanat qəbul olundu: “4 maddəlik bəyanatın ümumi mənası bu idi ki, 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqruplar yaranacaq. İşçi heyətdə əməkdaşlığın aktual mövzuları müzakirə ediləcək və sonda yekun sənəd hazırlanaraq imzalanmaq üçün liderlərə təqdim ediləcək. İşçi heyətə və ekspertlərə martın 1-ə qədər sənədi hazırlamaq tapşırılmışdı. Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq daşımaçılığın təmin olunması daxil idi”.
E.Şahinoğlu qeyd edib ki, bu bir ildə bəyanatın yalnız işçi qrupun yaradılması bəndi yerinə yetirilib: “Altqruplar barədə məlumat yoxdur, martın 1-ə qədər də heç bir sənəd hazırlanmadı. Doğrudur, Nikol Paşinyan bir il içərisində kommunkasiya xətlərinin açılması məsələsini erməni cəmiyyətinə qəbul etdirib, ancaq işlər ləng gedir. Moskva 11 yanvar bəyanatın həyata keçirilməsini sürətləndirmək üçün əlaltısı İrəvana təzyiq etmir. Paşinyan bir il sonra Rusiya ilə birgə hərbçilərini Qazaxıstana göndərdikdən sonra Kremlin ağalığını tam olaraq qəbul edib. Ona görə də Kremlin bundan sonra kommunikasiyaların açılması məsələsində Paşinyana təzyiq edəcəyi gözlənilmir”.
Nuranə Daxilqızı
















