Futbol üzrə qadınlar arasında keçirilən ABŞ- Yeni Zelandiya matçında maraqlı hadisə baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, Yeni Zelandiya yığmasının müdafiəçisi Meikayla Moore 3 top vurmaqla fərqlənib. Amma o, topları rəqib komandanın deyil, öz komandasının qapısından keçirib. Birinci hissənin 36-cı dəqiqəsinəcən öz komandasını mərkəzdən başlamağa məcbur edən yarımmüdafiəçi 40-cı dəqiqədə əvəzlənib.
Oyun ABŞ-ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
















