• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

 Özbaşına içilən dərmanlar hansı xəstəliklərə yol açır?

CƏMİYYƏT

11 Noyabr 2022 | 06:00 | Müəllif: Qalib İbrahimoğlu

Özbaşına içilən dərmanlar hansı xəstəliklərə yol açır?

Nəzarət olunmadan, uzun müddət və özbaşına içilən çox sayda dərmanlar qaraciyərin təhlükəli xəstəliyinə səbəb ola bilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə infeksionist Nataliya Oçinskaya bildirib.

"Qaraciyər orqanizmdə toksiki maddələri zərərsizləşdirir. İçdiyimiz bütün dərmanlar bu orqandan keçib həll olur.

Çox dərman içənlər, özbaşına müalicə ilə məşğul olanlar, dozanı aşanlar, dərmanları içki ilə qarışdıranlar qaraciyəri necə təhlükəyə atdığını bilmir.

Həkimsiz dərmanlar qəbul etmək sirroz və və qarciyər çatışmazlığına səbəb ola bilər.

Nə qədər çox dərman qəbul edirsizsə, bu o qədər qaraciyəri riskə atırsız. Yalnız peşəkar həkim optimal müalicəni seçə bilər"./medicina.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026