• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Özbəkistanın səfiri Rusiya XİN-ə ÇAĞIRILDI

DÜNYA

14 Fevral 2024 | 20:13 | Müəllif: Subhan Mahmudov

Özbəkistanın səfiri Rusiya XİN-ə ÇAĞIRILDI

Özbəkistanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Qeyd edilib ki, buna səbəb Özbəkistan Milli Media Assosiasiyasının sədri Şerzodxan Kudratxojanın bəyanatları olub.

“Moskva əmindir ki, daxildən və ya xaricdən Rusiya Federasiyası və Özbəkistan xalqları arasında çəkişmə cəhdləri uğursuzluğa məhkumdur. Rusiya Federasiyası gözləyir ki, Özbəkistan Xarici İşlər Nazirliyi Kudratxojanın bəyanatlarına prinsipial qiymət verən rəsmi şərh təqdim edəcək”, - məlumatda deyilir.

Qeyd edək ki, Şerzodxan Kudratxoja 1966-cı il zəlzələsindən sonra Daşkəndə gələn rusların hələ də özbək dilini öyrənməmələrini tənqid edərək deyib ki, onlar seçim etməlidirlər, axmaqdırlar yoxsa, istilaçı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026