• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qazaxıstan gerbi dəyişdiriləcək - Tokayev AÇIQLADI

DÜNYA

15 Mart 2024 | 16:25

Qazaxıstan gerbi dəyişdiriləcək - Tokayev AÇIQLADI

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəsini Qızıl Ordanın varisi adlandırıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, milli qurultayda çıxışı zamanı deyib.

"Qazaxıstan Böyük Çölün köçəri sivilizasiyasının birbaşa varisidir. Mərkəzi Avrasiyanın geniş ərazilərində dövlət quruculuğunun tanınmış zirvəsi həmişə Qızıl Orda kimi dünyaca məşhur olan Cuci Ulusu olub", - Tokayev bildirib.

O qeyd edib ki, bu orta əsr dövlətinin geosiyasi irsi bir sıra Avrasiya dövlətlərinin, o cümlədən Qazax xanlığının yaranması üçün əsas olub.

O, həmçinin ölkənin gerbindən də bəhs edib: "Qazaxıstanın gerbi anlamaq çox mürəkkəbdir, onda eklektizm və sovet dövrünün əlamətləri var. Əgər ümumi razılıq olarsa, bütün aspektləri obyektiv araşdıracaq və ictimai müzakirələr aparacaq xüsusi komissiya yaradıla bilər. Sonra Qazaxıstanın yeni milli gerbinin ən yaxşı eskizi üçün açıq müsabiqə elan ediləcək". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026