• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pakistanda dəhşət: Bir ailənin 12 üzvü həlak oldu

DÜNYA

30 Avqust 2024 | 20:41 | Müəllif: Subhan Mahmudov

Pakistanda dəhşət: Bir ailənin 12 üzvü həlak oldu

Pakistanın Hayber Paxtunxva əyalətindəki torpaq sürüşməsi nəticəsində bir ailənin 12 üzvü həlak olub. Polis və xilasedicilər cəsədləri torpağın altından çıxarıblar.

Bakıvaxtı.az xəbər verir ki, polis və xilasedici dəstələrin verdiyi məlumata görə, torpaq sürüşməsi şiddətli yağışlar nəticəsində gecə vaxtı baş verib.

Dəhşətli hadisədən az müddət sonra xilasedici dəstələr artıq hadisə yerində olublar. Lakin güclü yağışın davam etməsi səbəbindən onların işləri ləngiyib.

Siklonun Pakistanın digər bölgələrinə, xüsusilə dənizkənarı ərazilərinə yayılacağı gözlənilir. Pakistanın ən çox əhalisi olan Kəraçi əyalətində də şiddətli yağışlar gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026