• Bakı 20° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Rusiyada PUA qəzasından sonra meşə yanğını başladı 

DÜNYA

29 Sentyabr 2024 | 20:17

Rusiyada PUA qəzasından sonra meşə yanğını başladı 

Rusiyanın Rostov vilayətinin meşə təsərrüfatı ərazisində PUA-nın qəzaya uğramasından sonra baş verən yanğınla əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu vilayətin qubernatoru Vasili Qolubev Teleqram kanalında deyib.

"Milyutinski rayonunda PUA-nın qəzaya uğraması nəticəsində yaranan meşə yanğınının söndürülməsi istiqamətində işlər davam edir.

Selivanovski kənd qəsəbəsindəki meşə təsərrüfatının ərazisində saat 14:00-dan etibarən fövqəladə vəziyyət rejimi tətbiq edilib",- o bildirib.

Qolubev qeyd edib ki, yanğının söndürülməsinə 102 nəfər və 44 texnika cəlb olunub.


SON XƏBƏRLƏR

29 Sentyabr 2024