• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Pandemiya qısa vaxtda başa çatmayacaq” - ÜST

DÜNYA

26 Oktyabr 2021 | 22:54

“Pandemiya qısa vaxtda başa çatmayacaq” - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Covid-19-la bağlı xüsusi komitəsinin aylıq iclası keçirilib.

Bakıvaxtı.az-ın “Figaro”ya istinadla xəbərinə görə, tədbir Cenevrədə baş tutub.

Komitənin rəhbəri Didiye Husin dövlətləri ÜST-nin qəbul etdiyi bütün vaksinləri tanımağa və tətbiq etməyə çağırıb. O bildirib ki, vaksinasiyanın sürətlənməsi sayəsində son aylarda yoluxma ilə bağlı vəziyyət yaxşılaşsa da, pandemiya qısa vaxtda başa çatmayacaq.

Qeyd edək ki, ÜST indiyədək “Sinopharm”, “Sinovac” vaksinlərini, həmçinin “Johnson & Johnson”, “Moderna”, “Pfizer/BioNTech” və “Astrazeneca” şirkətlərinin istehsalı olan vaksinləri tanıyıb. Tanınmayan vaksinlərin sayı ondan çoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026